featured-image-25594

“Barselona”nın baş məşqçisi Xavi sabah keçiriləcək El Klasikoda Pedrinin oynamayacağını təsdiqləyib. Msport.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya La Liqasının 26-cı turunun “Real”la matçını zədə səbəbindən buraxacaq:

“O özü mənə müraciət etdi. Bilirdik ki, Pedrinin matçda iştirakı risklidir.  Dünən məşqdə zədə aldı, belə oyunlarda isə 100 faiz hazır olmalısan. Təəssüf ki, Pedrisiz oynamalı olacağıq. Mən ona dedim ki, bu final deyil. Risk etmək olmaz”.

20 yaşlı futbolçu Avropa Liqasının 1\16 finalında “Mançester Yunayted”lə oyunda aldığı zədədən sonra bərpa dövrü keçir. İspaniyalı yarımmüdafiəçi bir aydır ki, müalicə alır. Amma dünən yenidən ayağında ağrılar hiss edib. Pedri İspaniya millisinin qarşıdakı oyunlarında da meydana çıxa bilməyəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər