featured-image-48196

La Liqanın 36-cı turunda “Almeriya”nın qonağı olan ““Barselona” 2:0 hesablı qələbə qazanıb.

Msport.az “Opta”-ya istinadən xəbər verir ki, bu oyun Xavi Ernandesin İspaniya çempionatında Kataloniya komandasının baş məşqçisi kimi 100-cü oyunu olub.

“Almeriya” ilə görüşdə o, 69-cu qələbəsini qazanıb. Bundan başqa, Xavinin rəhbərliyi altında “Barselona” 16 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.

Kataloniyalıların indiyəqədərki baş məşqçilərindən yalnız Pep Qvardiola (79) və Luis Enrike (75) La Liqada ilk 100 oyununda daha çox qələbə qazanıblar.

Bənzər xəbərlər