Xavi yeni müqaviləyə imza atacaq
Xavi “Barselona” ilə müqaviləsini uzadacaq. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, klubla baş məşqçi arasında son günlərdə xeyli irəliləyiş əldə olunub.
Tərəflər son detalları müəyyənləşdirirlər və yaxın vaxtlarda yekun qərar açıqlanacaq.
43 yaşlı mütəxəssisin 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləyə imza atması gözlənilir.
Xavi 2021-ci ildən Kataloniya klubuna rəhbərlik edir. “Barsa” 2022-2023 mövsümündə onun rəhbərliyi altında La Liqanın qalibi olub və İspaniya superkubokunu qazanıb.
ANAR







