Xavinin 2024-cü il üçün arzusu
“Barselona”nın baş məşqçisi Xavi qarşıdan gələn 2024-cü il üçün arzusundan danışıb.
Msport.az xəbər verir ki, o, yeni ildə mümkün qədər çox titul qazanmaq istədiklərini deyib:
“2024-cü il və klubun 125 illik yubileyi üçün bütün komandaya, rəhbərliyə arzum sağlamlıq, əmin-amanlıq və idman uğurlarıdır. Bunun üçün çalışacağıq. İdman baxımından mümkün qədər çox titul qazanmaq istəyirik. Düzdür, keçən il yaxşı mövsüm keçirdik, amma təbii ki, builki hədəflər qüvvədə qalır.2024-cü il də ən azı 2023-cü il qədər yaxşı olsun”.
Qeyd edək ki, İspaniya çempionatının 18 turundan sonra Kataloniya klubu 38 xalla 3-cü pillədə qərarlaşır. “Real” isə 45 xalla 1-ci yerdədir.
Xatırladaq ki, 2022/2023 mövsümündə Xavinin rəhbərliyi altında “Barselona” La Liqa çempionu olmaqla yanaşı, ölkə Superkubokunun qalibi də olub.







