featured-image-29866

“Barselona” mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Msport.az xəbər verir ki, bu Xavinin Kataloniya klubunda baş məşqçi kimi ilk çempionluq titulu olub.

43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından”Barsa”ya rəhbərlik edir. O, işlədiyi dövrdə İspaniya superkubokunu da qazanıb.

Xavi məşqçi kimi 9-cu titulunu əldə edib. O, Qətərin “Əl Sədd” klubunda 7 titula sahib olmuşdu.

“Barsa” son dörd ildə ilk dəfə çempion olub. Komanda sonuncu dəfə La Liqanı 2018-2019-cu illər mövsümündə qazanmışdı.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər