Xaviyə iki oyunluq cəza
İspaniyanln “Barselona” klubunun baş məşqçisi Xavi Ernandes 2 oyunluq cəza alıb.
Msport.as xəbər verir ki, buna 44 yaşlı mütəxəssisin La Liqanın XXIX turunda “Atletiko” ilə oyunda qırmızı vərəqə alması səbəb olub.
Çalışdırıcı “Las Palmas” və “Kadis”lə növbəti qarşılaşmalar zamanı texniki zonada yer ala bilməyəcək.
Qeyd edək ki, “Barselona” La Liqada 29 oyundan sonra 64 xalla ikinci pillədə qərarlaşıb.