featured-image-16162

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer dəri xərçəngindən üç dəfə əməliyyat olunduğunu etiraf edib.

Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı qolkiper üzündə dəri xərçəngi olduğunu bildirib:

“Mənim dəri xəstəliyi ilə bağlı şəxsi tarixçəm var. Üzümdə dəri xərçəngi var idi. Bu səbəbdən, üç əməliyyat keçirməli oldum. İndi günəşə çıxa bilmirəm, qorunmağa daha çox diqqət yetirirəm. Çünki mən həmişə açıq havada məşq edirəm və boş vaxtımı təbiətdə keçirməyi xoşlayıram”.

Onun mümkün xəstəliyi ilə bağlı fərziyyələr 2021-ci ilin dekabrında, üzündə nəzərə çarpan ləkənin əmələ gəlməsi ilə başlamışdı. Lakin bu haqda heç bir rəsmi açıqlama verilmirdi.

Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. Futbolçu “Şalke”nin yetirməsidir. O, 2009-cu ildən Almaniya millisinə çağırılır.

Bənzər xəbərlər