featured-image-36779

30 yaşlı ispaniyalı hücumçu Xese Rodriqes Braziliya “Koritiba”sına transfer olub.

Msport.az xəbər verir ki, “Real”la Çempionlar Liqasının ikiqat qalibi olan Xese yeni klubu ilə ilkin müqavilə imzalayıb.

Məlumatı Braziliya təmsilçisinin mətbuat xidməti yazıb.

Qeyd edək ki, Xese 2016-cı ildə “Real”dan ayrılaraq PSJ-yə transfer olunub. Daha sonra o, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”, “Ankaragücü” və “Sampdoriya”da oynayıb.

Bənzər xəbərlər