featured-image-74798

“Çox sevinirəm ki, ardıcıl qollar vururam”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Xəyal Əliyev Azərbaycan Premyer Liqasının XIX turunda “Araz-Naxçıvan”a qalib gəlsikləri oyundan sonra deyib.

Görüşdə dubl edən 21 yaşlı yarımmüdafiəçi 4:1 hesablı qələbənin arıdından klubun mətbuat xidmətinə açıqlama verib. O, hər matça qələbə üçün çıxdıqlarını söyləyib: “Ümid edirəm ki, davamlı olar. Növbəti matçda da qol vurub, azarkeşləri sevindirmək istəyirəm. Hər oyuna qələbə üçün çıxırıq. İnşallah, bütün matçlarda qələbə qazanarıq. Əhvalımız yaxşıdır, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, “Sabah” hazırda 46 xalla turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər