featured-image-28668

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub. Msport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Rumıniyanın “UTA Arad” komandasına rəhbərlik edəcək. Onunla 2023-2024-cü illər mövsümünün sonuna kimi müqavilə bağlanıb.

“UTA Arad” hazırda 16 komanda arasında 14-cü yeri tutur və liqada qalmaq uğrunda mübarizə aparır.

Xatırladaq ki, Rednik 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan kubokunu qazandırıb.

AYXAN

Bənzər xəbərlər