featured-image-18139

Uruqvay millisinin müdafiəçisi Xose Ximenes dünya çempionatında Qana ilə oyundan sonra hakimləri söyüb.

Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, Qana ilə matç (0:2) başa çatan kimi uruqvaylı futbolçular referi Daniel Zibertin arxasınca gediblər. Zibertə çatmaq istəyən Ximenes təsadüfən dirsəyi ilə FİFA-nın DÇ-2022-dəki təşkilati məsələlər üzrə direktorlarında birini vurub.

Oyundan sonra “Atletiko”nun müdafiəçisinin hakimləri təhqir etməsi də efirə düşüb. “Fahişə balaları, bir dəstə oğru” deyətək Ximenes qışqırıb.

Zibertin iki epizodda Qananın qapısına penalti təyin etməməsi uruqvaylı futbolçuları özündən çıxarıb.

Bənzər xəbərlər