featured-image-27683

Rusiyada oynayan azərbaycanlı futbolçu Ayaz Quliyev “Ximki”nin baş məşqçisi Spartak Qoqniyevin qovulmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu işdə oyunçularının əlinin olmadığını söyləyib:

“Qoqniyevin “torbası tikilib”? Bu, özü özlüyündə cəfəngiyyatdır. Necə ola bilər? Çox neqativ xəbər yazırlar. Elə hiss yaranır, sanki, yazdıqlarına baxmırlar. Turnir cədvəlinin sonuncu pilləsində gedən komandanın baş məşqçisinə qarşı nə qruplaşma ola bilər? Gülməlidir. Biz özümüz özümüzə düşmən deyilik2.

Qeyd edək ki, klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi olan Ayaz Quliyevin Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.

Cahid

Bənzər xəbərlər