Xorvatiya millisində məşqçi dəyişikliyi
Xorvatiyanın 21 yaşlılardan ibarət milli komandasının məşqçilər korpusunda dəyişiklik olacaq. Msport.az ındex.hr-ya istinadən xəbər verir ki, millinin sabiq hücumçusu İvitsa Oliç U-21-in sükanı arxasına keçəcək.
Bu dəyişikliyə səbəb Xorvatiyanın son yoxlama oyunlarında uğursuz çıxışıdır. “Damalılar” yoldaşlıq matçlarında İsveç və İrlandiyadan olan həmyaşıdlarına böyük hesabla uduzublar.
44 yaşlı Oliç 2017-ci ildə karyerasını bitirdikdən sonra Xorvatiyanın əsas millisində köməkçi məşqçi işləyib. O, 2021-ci ilin martından iyununa qədər Moskva ÇSKA-sına rəhbərlik edib.