featured-image-21156

Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Xorvatiya millisinin və Şotlandiyanın “Seltik” klubunun sağ cinah müdafiəçisi Yosip Yuranoviçi transfer edib.

27 yaşlı futbolçunun transferi üçün “Seltik”ə 8.55 milyon avro ödənilib. Müdafiəçi yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa kimi olan müqavilə bağlayıb.

Yuranoviç 2021-ci ildən oynadığı “Seltik” 53 oyuna 6 qol vurub. O, daha öncə “Dubrava”, “Hayduk” (Split) və “Legiya” (Varşava) kimi komandalarda oynayıb, Xorvatiya yığmasında 27 oyuna çıxıb.

Bənzər xəbərlər