featured-image-28698

“Mançester Yunayted” yayda heyətinə yeni qapıçı cəlb etmək istəyir.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hədəflərindən biri Zaqreb “Dinamo”sunun qolkiperi Dominik Livakoviçdir. MY 28 yaşlı futbolçunun müqaviləsində olan 10 milyon avroluq satınalma bəndindən istifadə etmək fikrindədir.

Xorvatiya millisinin də əsas qapıçısı olan Dominik “Qalatasaray”, “Vilyarreal”, “Real Sosyedad” və “Lester Siti”nin də maraq dairəsindədir.

Qeyd edək ki, Livakoviç cari mövsüm ərzində 45 matçda iştirak edib.

Royal Türksoy

Bənzər xəbərlər