featured-image-48728

Xorvatiyalı hücumçu Nikola Kaliniç peşəkar karyerasını başa vurub.

Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

“Hayduk” xorvatiyalının futbolçu karyerasında sonuncu olub.

Kaliniç bundan sonra sözügedən klubun idman direktoru vəzifəsini yerinə yetirəcək. O, məhz bu klubun yetirməsidir. Nikola Kaliniç daha əvvəl “Fiorentina”, “Milan”, “Atletiko Madrid” və “Roma” kimi Avropa nəhənglərində çıxış edib.

O, Xorvatiya millisində 42 oyun keçirib və hesabında 15 qol var.

Bənzər xəbərlər