featured-image-17004

Almaniyanın “Hamburq” klubunun müdafiəçisi Mario Vuşkoviçdən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb.

Msport.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası (DFB) məlumat yayıb.

Xorvatiyalı müdafiəçinin qan nümunəsində eritropoetin maddəsi aşkarlanıb. DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı ehtimal olunur.

Xatırladaq ki, Mario Vuşkoviç 2021-ci ilin avqustundan “Hamburq”da çıxış edir. O, bu komandada 47 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Bənzər xəbərlər