featured-image-46705

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə təmsilçisi “Liverpul”un sükanı arxasına keçə bilər.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis bu postda Yurgen Kloppun yerinə namizəddir.

Xorvatiyalı çalışdırıcı son olaraq “Volfsburq”da işləyib və martın ortalarında istefaya göndərilib.

Qeyd edək ki, Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamaışdı.

Bənzər xəbərlər