featured-image-47796

İspaniyanın “Real” klubunun futbolçusu Xoselu Çempionlar Liqasında tarixə düşüb.

Msport.az xəbər verir ki, hücumçu turnirin pley-off mərhələlərində meydana sonradan daxil olaraq dubla imza atan ən yaşlı futbolçu olub.

“Bavariya” ilə yarımfinalın cavab görüşünün 88-ci və 90+1-ci dəqiqələrində fərqlənən Xoselu 34 yaş 42 günlüyündə fərqlənib. O, bu qollarla komandasının kambekinin müəllifi olub – 2:1.

Qeyd edək ki, Xoselu 2023-cü ilin yayında “Espanyol”dan “Real”a keçib.

Bənzər xəbərlər