featured-image-38916

“Manşester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola “Yanq Boyz”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyunundan sonra Erlinq Holann haqqında danışıb.

Msport.az xəbər verir ki, mütəxəssis norveçli hücumçunun təhlükəli oyunçu olduğunu bildirib.

“İnsanlar onun hər dəfə qol vuracağını düşünür. Bəziləri uğursuz olmasını istəyirlər. Amma bu oğlan fərqlənməyə davam edəcək. Düşünürəm ki, futbol oynadığı son günə kimi qol vuracaq”.

Bənzər xəbərlər