featured-image-30980

Xviça Kvaratsxeliya A seriyasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Msport.az xəbər verir ki, gürcüstanlı futbolçu “Stats Perform”un “Hawk-Eye” məlumatlarına əsaslanan təhlillə müəyyən edilib.

Reytinqdə təkcə statistika deyil, həm də mövqe məlumatları nəzərə alınır.

Qeyd edək ki, İtaliya çempionatının 33 matçında meydana çıxan Xviça 12 qol vurub, 10 məhsuldar ötürmə verib.

Royal Türksoy

Bənzər xəbərlər