featured-image-34

Karyerasını davam etdirənlər arasında XXI əsrdə ən çox oyun keçirən futbolçular açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir.

37 yaşlı hücumçu XXI əsrdə 1104 matça çıxıb.

İkinci sırada İspaniya “Barselona”sından Daniel Alveş (1000) qərarlaşıb. Fransa PSJ-sindən Lionel Messi (955) üçüncü, İtaliya “Milan”ından Zlatan İbrahimoviç (939) dördüncü yerdədir.

Bənzər xəbərlər