XXI əsrdə penalti vuran ən gənc futbolçu - La Liqada
“Barselona”nın vingeri Lamin Yamal İspaniya çempionatının III turunda “Rayo Valyekano” ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, XXI əsrdə La Liqada penalti vuran ən gənc futbolçu olub.
Msport.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan qarşılaşma zamanı Yamalın 18 yaşı (18 yaş, 49 gün) olub.
Qeyd edək ki, “Barselona” növbəti oyununu sentyabrın 14-də evdə “Spotify Camp Nou”da “Valensiya”ya qarşı keçirəcək.