featured-image-62089

“Barselona” və “Atletiko” arasında keçirilən İspaniya Kubokunun yarımfinal oyununda əsrin rekordu qeydə alınıb.

Msport.az xəbər verir ki, matçda 8 qol qeydə alınıb ki, bu da XXI əsrin rekordudur.

Axırıncı dəfə 1997-ci ildəki qarşılaşmada belə hal yaşanmışdı. Həmin vaxt ölkə kubokunun 1/4 finalında “Barselona” “Atletiko”nu 5:4 hesabl ilə məğlub etmişdi.

Qeyd edək ki, “Barselona” – “Atletiko” oyunu 4:4 hesabı ilə yekunlaşıb. Madriddəki cavab matçı aprelin 2-də keçiriləcək.

Bənzər xəbərlər