featured-image-41823

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe XXI əsrin üçüncü onilliyində ən çox qol vuran oyunçu olub.

Msport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı forvard milli və klub səviyyəsində keçirdiyi matçlarda 159 dəfə rəqib qapılarına yol tapıb.

İngiltərənin “Mançester Siti” komandasının norveçli hücumçusu Erlinq Holann (145 qol) ikinci, İspaniyanın “Barselona” klubunda çıxış edən Robert Levandovski isə (139 qol) üçüncü sırada yer alıb.

Bənzər xəbərlər