Yamal 3-cü pillədə - assist sayında
“Barselona”nın futbolçusu Lamin Yamal cari mövsüm məhsuldar ötürmələrin sayını 13-ə çatdırıb.
Msport.az xəbər verir ki, 17 yaşlı vinger Avropanın Top-5 liqalarında assist sayında 3-cü pilləyə yüksəlib.
Hazırda Avropada cəmi 2 futbolçu ondan öndədir. Bunlar “Liverpul”un hücumçusu Məhəmməd Salah (18) və “Bavariya”nın üzvü Maykl Olisedir (14).
Qeyd edək ki, Lamin Yamal bu mövsüm İspaniya La Liqasında 33 oyunda 8 qol vurub.