featured-image-52063

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal Ginnesin Rekordlar Kitabından sertifikat alıb.

Msport.az xəbər verir ki, o, bu yay Almaniyada keçirilən Avropa çempionatında iştirak edən, eləcə də turnirdə qol vuran ən gənc futbolçu olub.

Yamal AVRO-2024-ün yarımfinalında fransızları məyus edəndə 16 yaş 362 günlüyündə olub.

Qeyd edək ki, finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən İspaniya yığması AVRO-2024-ün qalibi olub.

Bənzər xəbərlər