“Yamal hazırda dünyanın ən yaxşı futbolçusudur” – Palmer
“Çelsi”nin və İngiltərə millisinin yarımmüdafiəçisi Koul Palmer “Barselona”nın vingeri Lamin Yamalın oyununa heyran olduğunu bildirib.
Msport.az xəbər verir ki, ingiltərəli futbolçunun fikrincə, 17 yaşlı ispan hazırda dünyanın ən güclü oyunçusudur.
“Səmimi qəlbdən inanıram ki, Yamal dünyanın ən yaxşı oyunçusudur. Onun oyunu sadəcə dəlilikdir.
17 yaşında belə oyun göstərmək nə qədər çətindir? Bilmirəm, heç vaxt sınamamışam! Özgüvəni var, qorxusu yoxdur. Onun oyununu izləməyi sevirəm”.
Bu mövsüm Yamal “Barselona” ilə bütün turnirlərdə 52 oyun keçirib,16 qol vurub və 24 məhsuldar ötürmə edib.