Yamal qərar verdi, Flik tətbiq etdi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın əvəzlənmək istəyib-istəmədiyi ilə bağlı danışıb.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssisin sözlərinə görə, “Xetafe” ilə qarşılaşma zamanı o, gənc hücumçudan oyundan çıxmaq istəyib-istəmədiyini soruşub.
Lakin Yamal meydanda qalmağa üstünlük verib. Flik futbolçunun bu qərarını açıqlayaraq onun oyuna davam etmək istədiyini bildirib.
Flik bildirib ki, Yamal milli komandadakı oyunlardan sonra yorğun olsa da, özünü yaxşı bərpa edir. Baş məşqçi futbolçunun meydanda qalmaq istəyini nəzərə alsa da, onun fiziki yükünü düzgün idarə etməyin vacibliyini vurğulayıb.







