featured-image-63779

Səudiyyə Ərəbistanı klubu İspaniya “Barselona”sında çıxış edən Lamin Yamalı transfer etmək üçün 400 milyon avroluq təklif hazırlayıb.

Msport.az xəbər verir ki, klubun adını açıqlamayıb. “Barselona”nın 18 yaşlı vingeri satmaq istəmədiyi diqqətə çatdırılıb. Lakin Kataloniya təmsilçisinin rəhbərliyi maliyyə problemləri ucbatından bu keçidə razılıq verə bilər.

Qeyd edək ki, ispaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsüm 43 oyunda 14 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər