Yamalın son durumu
İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamalın son durumu bəlli olub.
Msport.az xəbər verir ki, La Liqa nəhənginin baş məşqçisi Hans-Diter Flik “Real Sosyedad”la oyundan sonra müsahibəsində yarımmüdafiəçinin durumundan danışıb.
“Onun beynəlxalq fasilədən sonra meydana qayıdacağından əmin deyiləm. Hələ ki onun sağlamlıq durumu tam müəyyənləşməyib. Yamal yaxşı olsaydı, bu gün oynayardı, amma şansı yox idi. Həkimimiz onun vəziyyəti ilə bağlı İspaniya milli komandasının tibbi heyəti ilə daim əlaqə saxlayır”.
Qeyd edək ki, “Barselona” ötən gün keçirilən “Real Sosyedad” matçından əliboş qayıdıb – 1:0. Yamal topuğundakı zədə səbəbindən komandasının heyətindən kənarda qalıb.