featured-image-30009

“Inter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının (ÇL) finalına vəsiqə qazanmaları barədə danışıb. Msport.az xəbər verir ki, “nerazurri” hər iki oyunda (2:0, 1:0) “Milan” üzərində qələbə qazanıb:

“Bizim üçün bu əvvəlcə arzu idi. Lakin həmişə buna inanırdıq. Biz inanılmaz yol keçdik. Yarımfinalda, derbidə bu cür qələbə qazanmaq adamı məmnun edir.

Yanvardan bu günkü günə kimi dörd derbimiz oldu və hamısında qalib gəldik. “Milan” İtaliya çempionudur, onların keyfiyyətli komandaları var. Lakin uşaqlar əla oynadılar.

“Mançester Siti” və “Real” Avropanın ən yaxşı komandalarıdır. İlk oyun bərabər keçmişdi. Öz gördüyümüz işdən razıyam, sabahkı oyuna isə əlbəttə, baxacam”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər