featured-image-33557

Yaponiya turnesi PSJ-yə 20 milyon avrodan çox gəlir gətirəcək. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, bu ötən ildəki məbləğdən 8 milyon çoxdur.

Paris klubu “gündoğar ölkədə” 3 yoxlama oyunu keçirməyi planlaşdırır: iyulun 25-də Kriştiano Ronaldonun “Əl Nəsr”i ilə, iyulun 28-də “Sereso Osaka” ilə, avqustun 1-də isə Tokioda “İnter”lə.

Fransa təmsilçisi əvvəlcə bu yay ABŞ-a səfərə çıxmaq istəyirdi. Birləşmiş ştatlarda PSJ kifayət qədər populyar klubdur və bir neçə fan-şopu var. Lakin yaponların maliyyə təklifi daha cəlbedici olduğundan PSJ planlarını dəyişdirib.

Ötən il Yaponiyada yerli klublarla 3 oyun böyük maraq doğurmuşdu və parislilərin büdcəsinə 12 milyon avro gəlir gətirmişdi.

Lionel Messi “İnter Mayami”yə keçsə də, PSJ hələ də Yaponiyada ən çox sevilən klublardan biridir.

 

 

Bənzər xəbərlər