featured-image-56899

Niderland millisinin futbolçusu Frenki de Yonq İspaniyanın “Barselona” klubunda qalmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Yarımmüdafiəçi digər klublardan gələn təklifləri nəzərə almamağa üstünlük verir.

Onun hazırkı müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir. Tərəflər yeni sözləşmə üçün danışıqlar aparır.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”da çıxış edir.

Bənzər xəbərlər