featured-image-42591

“Avropa Superliqası məsələsi yarandan sonra – 2021-ci ildə ilk ölkəm Sloveniyada küçədə yaşlı bir xanımla tanış oldum. Onun 80-90 yaşı var idi və bir müddət idi ki, futbolu izləmirdi. O, məni saxladı və dedi: “Bu əclafları dayandırdığınız üçün təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqası haqqında danışarkən deyib.

Funksioner bu turnirin heç vaxt reallaşmayacağını deyib.

Daha əvvəl Avropa Superliqasının sahibi olan “A22 Sports Management”in həmtəsisçisi Anas Laqari bildirmişdi ki, 50 klubla danışıqlar aparılıb, onlardan 20-si yeni layihəyə qoşulmağa razılaşıb. O, turnirin 2025-ci ilin sentyabr ayında start götürəcəyini də qeyd etmişdi.

Bənzər xəbərlər