“Yaxşı ki, braziliyalısan” – Neymardan Marseloya
“Barselona”nın sabiq hücumçusu və hazırda “Santos”da çıxış edən Neymar “Real”ın və Braziliya millisinin keçmiş müdafiəçisi Marselonun karyerasını bitirməsinə münasibət bildirib.
Msport.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Uğurlu karyeraya görə səni təbrik edirəm, dostum. Tarixin ən yaxşı sol müdafiəçilərindən birinin səyahətinin bir hissəsi olmaq şərəf idi. Yaxşı ki, braziliyalısan. Əldə etdiyin hər şeydən həzz al, qardaş, sən buna layiqsən”, – braziliyalı forvard X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Marselo 2007-ci ildə keçdiyi “Real”la ümumilikdə 25 titul qazanıb. O, 5 dəfə Çempionlar Liqasının, 6 dəfə İspaniya La Liqasının və 2 dəfə isə Kral Kubokunun qalibi olub.