Yaya Ture baş məşqçiliyə başlayır
Yaya Ture baş məşqçi karyerasına başlayır.
Msport.az xəbər verir ki, kot d’ivuarlı mütəxəssis yeni mövsümdə Belçikanın “RVD Molenbeek” komandasını çalışdırmağa hazırlaşır.
42 yaşlı Ture əvvəllər “Olimpik Donetsk”, “Axmat”, “Standard” klublarında və Səudiyyə Ərəbistanı millisində köməkçi məşqçi işləyib, “Tottenhem”in akademiyasında çalışıb.
O, futbolçu kimi karyerasının böyük hissəsini “Mançester Siti”də keçirib və 4 dəfə Afrikanın ən yaxşı oyunçusu seçilib (2011, 2012, 2013, 2014).
Qeyd edək ki, “RVD Molenbeek” 2024/25 mövsümündə Belçika çempionatının ikinci divizionunda üçüncü yeri tutub və yüksək liqaya yüksəlmək üçün keçirilən pley-offda “Lokeren-Temse”yə uduzub (0:2, 3:2).