featured-image-25077

PSJ-nin 5 futbolçusu komandanı tərk edə bilər. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Karlos Soler, Renatu Sanşeş, Fabian Ruis, Xuan Bernat və Uqo Ekitik yayda komandadan ayrıla  bilər. Paris klubu maliyyə fair-play-ni pozduğuna görə, cərimə olunub. Yaxın 3 il ərzində klub gəlirlər və xərclər arsındakı fərqi aradan qaldırmalıdır. Bu səbbədən PSJ-nin məsləhətçisi Luiş Kampuş və və baş məşqçi Kristof Qaltye özünü doğrultmayan futbolçulardan qurtulmağı düşünürlər.

Soler komandada qalmaq üçün mövsümün qalan hissəsində özünü sübut etməlidir. Kampuş Ekitikin potensialına inansa da, onun da Parisdəki gələcəyi sual altındadır.

Serxio Ramosun müqaviləsinin uzadılması da, gələcək oyunlardakı performansından asılı olacaq.

Xatırladaq ki, Soler, Sanşeş, Ruis və Ekitik 2022-ci ilin yayında PSJ-yə qoşulub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər