"Yeddi ay ərzində 10 il qocaldım" - Pol Poqba
“Yuventus”un və Fransa millisinin futbolçusu Pol Poqba çox çətin bir il keçirdiyini deyib. Msport.az xəbər verir ki, yarımmüdafiəçi ağır sınaqlardan çıxdığını vurğulayıb:
“İli zədələrlə keçirdim. Menecerim vəfat etdi və ailədəki konfliktlər mənim dəyişməyimə gətirib çıxardı. Tez böyüdüm sanki, həyatda çox şeyi başa düşməyə başladım. Yeddi ay ərzində 10 il qocaldım. Mən inanclı insanam, ona görə də bütün bunları bir sınaq kimi qəbul edirəm. Bu imtahanlar mənim böyüməyimə, nələrisə öyrənməyimə gətirib çıxarır. Bu, çox vacibdir, mənim üçün stimuldur”
30 yaşlı futbolçu ötən mövsüm “Yuventus”un heyətində cəmi 10 oyun keçirib.
ANAR







