featured-image-22306

Türkiyədə ötən gecə baş vermiş zəlzələ zamanı “Yeni Malatyaspor” klububnun qapıçısı Ahmet Eyüp Türkaslan dağıntılar altında qalıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, futbolçunun xanımını dağıntılar altından çıxarmaq mümkün olub.

28 yaşlı qolkiperin də həyatının xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, zəlzələ ilə əlaqədar Türkiyədə bütün daxili idman tədbirləri təxirə salınıb. Bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.

O bildirib ki, tədbirlər ikinci xəbərdarlığadək keçirilməyəcək.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər