featured-image-45351

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni dəyişdirilmiş ofsayd qaydasını sınaqdan keçirəcək.

Msport.az xəbər verir ki, qurum bununla bağlı qərar qəbul edib.

Yeniliyə görə, ötürmə zamanı hücumçu yalnız bütün bədəni ilə müdafiəçini qabaqlayarsa, ofsayd sayılacaq.

IFAB ofsayd da daxil olmaqla müxtəlif yeni qaydaları 2025-ci ilə qədər sınaqdan keçirəcək. Bu, effektli alınsa, 2025-ci ilin fevralında keçiriləcək IFAB-ın növbəti assambleyasında məsələ müzakirəyə çıxarılacaq.

Bənzər xəbərlər