Yeni transferin debütü yubanır
“Barselona”nın yeni transferi Dani Olmo İspaniya La Liqasında yeni mövsümün ilk turuu buraxacaq.
Msport.az xəbər verir ki, İspaniya millisinin üzvü “Valensiya” ilə I tur görüşündə debüt edə bilməyəcək.
Buna səbəb klubun maliyyə feyr pleyinə hələ tam əməl etməməsidi. Bu üzdən kataloniyalılar Olmonu gələn həftəyə kimi qeydiyyatdan keçirməyi düşünmür. Üstəlik, baş məşqçi Hansi Flik də bir neçə məşqdən sonra gənc oyunçunun hələ meydana çıxmağa hazır olmadığını söyləyib.
Qeyd edək ki, “Valensiya” – “Barselona” oyunu sabah keçiriləcək.