featured-image-35383

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın yeni mövsümə hazırlığını dəyərləndirib.

Msport.az xəbər verir ki, Alleqri komandasından razı olduğunu və yeni transferlərə ehtiyac olmadığını deyib.

“Uzun illərdən sonra ilk dəfə Avrokuboklarda oynamayacağıq. Bu bizim üçün bir az qəribədi. Əsas hədəfimiz İtaliya çempionu olmaqdır. Hazırkı heyətdən razıyam və yeni transferlərə ehtiyacımız yoxdur” – Alleqri açıqlamasında deyib.

Qeyd edək ki, “qoca sinyora” ötən mövsüm A Seriyasını 7-ci pillədə başa vurmuşdu. Turin təmsilçisi maliyyə pozuntularına görə Avropa yarışlarından kənarlaşdırılıb.

Royal Türksoy

Bənzər xəbərlər