featured-image-43192

“Yenidən Azərbaycan millisi ilə qarşılaşmaq maraqlı olacaq”.

Msport.az xəbər verir ki, bu sözləri İsveç milli komandasının meneceri Stefan Pettersson UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupa düşmələri barədə danışarkən deyib.

Funksioner oyunlara ciddi hazırlaşacaqlarını bildirib: “Avropa çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olmuşduq. Əslində səfərdə göstərdiyimiz oyun bizim səviyyəmizə uyğun deyildi. Motivasiya ilə bağlı problem yaşayacağımızı düşünmürəm. Millətlər Liqasında nəyə qadir olduğumuzu göstərəcəyik. Məqsədimiz B Liqasına vəsiqə qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C Divizionunda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda yer alıb.

Bənzər xəbərlər