"Yenidən qayıtmağa şadam" - Ronaldo millinin düşərgəsindən foto paylaşdı
Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsindən şəkil paylaşıb. Msport.az xəbər verir ki, Səhiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edən 38 yaşlı futbolçu yığmanın qarşıdakı oyunlarına dəvət alıb.
Roberto Martinesin rəhbərlik etdiyi komanda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Lixtenşteyn və Lüksemburqla üz-üzə gələcək:
“Yenidən öz komandamıza qayıtmağa və Portuqaliyanı təmsil etməyə çox şadam” – ulduz futbolçu paylaşımında belə yazıb.
Portuqaliya martın 23-də Lixtenşteyni qəbul edəcək. Bundan 3 gün sonra isə Lüksemburqla səfərdə qarşılaşacaq.
ANAR ABDULLAYEV







