featured-image-69758

“Mançester Yunayted”lə müqaviləsi gələn ilin yayında başa çatan Kasemiro gələcəyi ilə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu “qırmızı şeytanlar”ın sıralarını tərk edəcək.

Kasermiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 33 yaşlı yarımmüdafiəçi Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr”ə keçəcək. Portuqaliyalı ulduz “Real”da birlikdə çıxış etdiyi komanda yoldaşını yanına gəlməyə razı salıb.

Qeyd edək ki, “Mançester Yunayted” Kasemironu 2022-ci ilin yayında “Real”dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Bənzər xəbərlər