featured-image-23990

Cənubi Koreya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu posta Yurgen Klinsmann təyin olunub.

Bu barədə Cənubi Koreya Futbol Assisiasiyasının rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssis Asiya təmsilçisi ilə 3,5 il müddətinə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək komandaya başçılıq edəcək. Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşayacaq.

Bu postda portuqaliyalı Paulu Bentunu əvəzləyən Klinsmannın debütü martın 24-də Ulsanda Kolumbiya millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.

Qeyd edək ki, Yurgen Klinsmann son olaraq 2019/20 mövsümündə Almaniyanın “Herta” klubuna rəhbərlik edib.

Bənzər xəbərlər