Yığmanın baş məşqçisi istefaya göndərildi
ABŞ millisi baş məşqçisi Qreq Berhalter ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, buna ölkədə keçirilmiş Amerika Kubokundakı uğursuzluq səbəb olub.
Komanda onun rəhbərliyi altında qrup mərhələsini adlaya bilməyib.
Qeyd edək ki, 2023-cü ilin yayından milliyə rəhbərlik edən mütəxəssis 2018-2020-ci illər aralığında da yığmada baş məşqçi olub.