Yoldaşlıq oyunlarında ən sürətli qol
Avstriya yığması yoldaşlıq görüşündə Slovakiya yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, görüş Bratislavada baş tutub.
Qolları Kristof Baumqartner (1-ci dəqiqə) və Andreas Veymann (83) vurublar.
Baumqartner matçın 6-cı saniyəsində fərqlənib ki, bu, milli komandaların oyunlarında rekord göstəricidir. Bundan əvvəlki rekord 2013-cü il mayın 29-da Ekvadorla yoldaşlıq oyununda yeddinci saniyədə qol vuran almaniyalı hücumçu Lukas Podolskiyə məxsus idi.