Yovetiç Kipr klubunda
Stevan Yovetiç karyerasını Kipr çempionatında davam etdirəcək.
Msport.az xəbər verir ki, “Mançester Siti” və “Monako”nun sabiq forvardı “Omoniya”ya keçib.
Monteneqro millisinin üzvü yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yovetiçin son klubu 2023-24 mövsümündə Konfrans Liqasının qalibi olduğu “Olimpiakos” olub.